Bank Of Baku

İran prezidenti ABŞ-da səfərdədir

İran prezidenti ABŞ-da səfərdədir
# 23 sentyabr 2012 21:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ABŞ-da səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumatına görə, M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərindədir.

Qeyd edək ki, İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Eyni zamanda M. Əhmədinejad ABŞ-da təhsil alan və Nyu-Yorkda yaşayan iranlılarla, elm adamları və sənətçilərlə görüşəcək. İ

ran prezidenti indiyədək 7 dəfə BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR