Bank Of Baku

İranın nüvə obyekti yaxınlığında elektron dinləmə cihazı tapılıb

İranın nüvə obyekti yaxınlığında elektron dinləmə cihazı tapılıb
# 24 sentyabr 2012 07:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Qum şəhərindəki “Fordo” yeraltı nüvə obyekti yaxınlığında elektron dinləmə cihazı tapıb.

APA-nın Böyük Britaniyada nəşr olunan “The Sunday Times” qəzetinə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) əməkdaşları ötən ay “Fordo”daya baxış zamanı bir qaya parçası tapıblar: “Onlar qaya parçasını tərpətməyə çalışdıqlarında partlayış baş verib. Nəticədə elektron dinləmə cihazı özü özünü məhv edib”. Qəzet Qərb kəşfiyyatına istinadən yazır ki, dinləmə cihazı “Fordo”dakı kompüterlərdən məlumatları ala bilib.

Qeyd edək ki, ötən həftə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi-Davani avqustun 17-də “Fordo” nüvə obyektinin elektrik kabellərinin partladılaraq sıradan çıxarıldığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR