Bank Of Baku

İran parlamenti zəlzələdən zərər çəkmiş bölgələrin bərpasının sürətləndirilməsi haqqında qanun layihəsini qəbul etməyib

İran parlamenti zəlzələdən zərər çəkmiş bölgələrin bərpasının sürətləndirilməsi haqqında qanun layihəsini qəbul etməyib
# 24 sentyabr 2012 07:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Sentyabrın 23-də İran parlamentində “Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpasının sürətləndirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi iki dəfə səsə qoyulub. İclasda 237 deputat iştirak etməsinə baxmayaraq, qanun layihəsinin qəbul olunması üçün 2/3 səs çoxluğu əldə edilməyib. Belə ki, ilkin səsvermə zamanı 99 nəfər qanun layihəsinin lehinə, 74 nəfər əleyhinə səs verib, 26 nəfər isə bitərəf qalıb.

İkinci səsvermədə isə 110 nəfər qanun layihəsinin lehinə, 55 nəfər əleyhinə səs verib, 27 nəfər bitərəf qalıb. Ümumilikdə 45 millət vəkili səsvermədə iştirak etməyib. Bununla da qanun layihəsi qəbul olunmayaraq parlamentin gündəliyindən birdəfəlik çıxarılıb.

Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR