Bank Of Baku

İran prezidenti BMT baş katibi ilə görüşüb

İran prezidenti BMT baş katibi ilə görüşüb
# 24 sentyabr 2012 11:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad BMT baş katibi Pan Gi Munla görüşüb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüşdə Orta Şərqdəki vəziyyət, əsasən də Suriya və Fələstin problemləri, eyni zamanda qlobal məsələlər müzakirə olunub.

M.Əhmədinejad bildirib ki, dünya səviyyəsində sülh və sabitliyin təmin edilməsi üçün Qoşulmama Hərəkatı ilə BMT arasında əlaqələrin inkişaf etdirilməsi və iki beynəlxalq təşkilatın yaxşı əməkdaşlıq qurması lazımdır: “Eyni zamanda BMT Baş Assambleyasının və təşkilatın baş katibinin vəzifəsini icra etməsi üçün demokratik çərçivədə qurumun yenidən qurulması lazımdır”.

İran prezidenti deyib ki, ölkəsinin nüvə proqramının bugünkü vəziyyəti heç kimə fayda verməyəcək: “Əgər bütün tərəflər nəticəsiz görüşlərin minimuma endirilməsi istiqamətində səy göstərsələr, problem müvəffəqiyyətli şəkildə təhlil edilmiş olacaq”. M.Əhmədinejad İsrailin İrana yönəlik təhdidlərinə də toxunub: “İrana təhdidə təhdidlə cavab verməyin tərəfdarıyıq. İranı təhdid etmək istiqamətində İsrailin təşviq edilməməsi lazım olduğu kimi, bu təhdidlərin qınanması da vacibdir. İran özünü müdafiə etmək üçün tamamilə hazır vəziyyətdədir”.

BMT baş katibi isə İranı Suriyadakı böhranın həlli məsələsində çox təsirli ölkələrdən biri kimi xarakterizə edib: “BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi Suriya probleminin həlli üçün bir təmas qrupu yaratmaq istəyir və bu istiqamətdə İranın da dəstəyini gözləyir”. P.G.Mun İranın nüvə proqramının həllinin yeganə yolunun da müzakirələrlə olduğunu deyərək, tərəflər arasında görüşlərin davam etdirilməsini istəyib. Eyni zamanda BMT baş katibi başqa xalqların, ölkələrin hər hansı bir xalq və ölkə tərəfindən təhdid edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Görüşün sonunda M.Əhmədinejad P.G.Muna İranın xəritəsinin əks olunduğu əllə toxunulmuş xalça hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR