Bank Of Baku

İranda Gmail-a blok qoyulub

İranda Gmail-a blok qoyulub
# 25 sentyabr 2012 03:41 (UTC +04:00)
Bakı-APA. İranda Google şirkətinin elektron poçt xidməti Gmail-a blok qoyulub, Google-ın axtarış səhifəsinə giriş isə məhdudlaşdırılıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
İran Əmək Xəbər Agentliyinə əsasən, məhdudlaşdırmalar internetdə yayılan “Müsəlmanların Məsumiyyəti” filminə görə həyata keçirilib.
Bu qadağanı elan edən məlumat SMS vasitəsilə mobil telefonlara göndərilib.
Elanda internetdə qeyri-qanuni hesab edilən səhifələrin aşkar edilməsinə baxan xüsusi qurumun rəsmisi Abdolsamad Khoramabadiyə istinad edərək yazılıb: “Xalqın təkrarlı tələblərinə görə, Google və Gmail filtr olunacaq.”
Google şirkətinin məşhur video paylaşma şəbəkəsi olan YouTube isə 2009-cu ildən senzuraya məruz qalır.
İran ölkədaxili internet sistemi yaratmaq niyyətindədir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Hakim-Cavadi Mehr xəbər agentliyinə deyib ki, “son günlərdə bütün dövlət orqanları və idarələri milli informasiya şəbəkəsinə qoşulub.”
İran mətbuatına əsasən, bu daxili sistem 2013-cü ilin mart ayında tam isə salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR