Bank Of Baku

Mübahisəli Senkaku adalarına 50 Çin gəmisi yaxınlaşıb

Mübahisəli Senkaku adalarına 50 Çin gəmisi yaxınlaşıb
# 25 sentyabr 2012 04:21 (UTC +04:00)
Bakı-APA. Cənubi-Çin dənizində 50 Çin gəmisi Yaponiya ərazi sularına daxil olaraq mübahisəli Senkaku adalarına yaxınlaşıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, əsasən balıqçı və patrul gəmiləri Yaponiyanın bu adaları milliləşdirməsinə qarşı etiraz aksiyası keçirirlər.
Xatırladaq ki, Çinin etirazlarına baxmayaraq Yaponiya hökuməti Senkaku adalarını(Çin bu adaları Dyaoyuydao adlandırır) yapon vətəndaşlarının şəxsi mülkiyyətindən satın alaraq milliləşdirib. Çin Senkaku adalarını tarixi Çin əraziləri sayır və Yaponiyanın addımını qəti şəkildə pisləyib. Son hadisə ilə bağlı Yaponiya hökuməti böhran qərargahı təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR