Bank Of Baku

İran: Suriyada müxaliflərə silah göndərmək dayandırılmalıdır

İran: Suriyada müxaliflərə silah göndərmək dayandırılmalıdır
# 25 sentyabr 2012 16:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Nyu-York-da BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi ilə görüşüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə Ə. Salehi Suriya iqtidarı və müxalifəti arasında milli dialoq yaradılmasının vacib olduğunu bildirib: “Suriyadakı böhran bütün tərəflər arasında uzlaşma əldə olunması ilə həll edilə bilər. Müxalif qruplara silah göndərilməsinin qarşısı alınmalı və şiddətdən uzaq durulmalıdır”.

Ə. İbrahimi isə vurğulayıb Suriyadakı böhranın həll edilməməsi bütün bölgəyə təsir göstərəcək. O, Suriyadakı böhranın həllində İranın yardımçı olacağını deyərək, yaxın gələcəkdə bu ölkəyə səfər edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR