Bank Of Baku

Qətər Suriya üzərində uçuşa qadağan zona yaratmağa çağırıb

Qətər Suriya üzərində uçuşa qadağan zona yaratmağa çağırıb
# 25 sentyabr 2012 20:19 (UTC +04:00)
Bakı-APA. Qətərin baş naziri şeyx Hamad ben Casem əl Tani dünya ictimaiyyətini yaxın vaxtlarda Suriya ərazisi üzərində uçuşa qadağan zonanın yaradılmasına çağırıb.

“Hesab edirəm ki, yaxın həftələr ərzində biz “B” planını hazırlamalıyıq. İlk növbədə Suriya əhalisi üçün ərazini təhlükəsiz etməliyik. Bundan ötrü uçuşa qadağan zona yaratmaq lazım gələcək”, deyə baş nazir bildirib.

Onun sözlərinə görə, ərəb və Avropa ölkələri uçuşa qadağan zonanın yaradılmasında iştiraka hazır olmalıdırlar. Baş nazir həmçinin noyabrda keçiriləcək prezident seçkilərindən sonra ABŞ-ın Suriya məsələsinə daha çox diqqət ayıracağına ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR