Nyu-Yoprkda Ramin Mehmanpərəstə hücum olub - FOTO
27 sentyabr 2012 11:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstə BMT-nin bunasının yaxınlığında hücum olub. APA-nın məlumatına görə, ABŞ-da mühacirət həyatı yaşayan bir qrup iranlı onu döyməyə cəhd göstəriblər. R. Mehmanpərəsi əhatəyə alan etirazçılar İran hakimiyyətinin əleyhinə şüarlar səsləndirərək, onun üzərinə hücum çəkiblər. Lakin polisin və mühafizəçilərin müdaxiləsi nəticəsində İran xarici siyasət idarəsinin mətbuat katibi hadisə yerindən uzaqlaşdırılıb və döyülməkdən xilas olub.
Asiya
Hindistanda oyun meydançası yanıb, 20 nəfər ölüb
20:54
25 may 2024
İranda qaz kəmərində partlayış baş verib, ölənlər var
14:04
25 may 2024
İtaliya BMT-nin fələstinli qaçqınlarla bağlı agentliyinə maliyyə yardımını bərpa edir
12:25
25 may 2024
Türkiyə “Akkuyu” AES-in ilk enerji blokunu bir il ərzində işə salmaq niyyətindədir
01:58
25 may 2024