Bank Of Baku

Sergey Lavrov: “Bəşər Əsədə siyasi sığınacaq verməyəcəyik”

Sergey Lavrov: “Bəşər Əsədə siyasi sığınacaq verməyəcəyik”
# 27 sentyabr 2012 15:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya lideri Bəşər Əsədə hakimiyyətdən getmək üçün təzyiq göstərməyəcəklərini və siyasi sığınacaq verməyi düşünmədiklərini söyləyib. APA-nın Moskva müxbirinin verdyi məlumata görə, ABŞ mətbuatına açıqlama verən Rusiyanın baş diplomatı bildirib ki, Bəşər Əsəd hakimiyyətdən gedərsə, bu, onun özünün qərarı olacaq: “Biz ona siyasi sığınacaq verməyəcəyik. Bəşər Əsədə hakimiyyətdən getməyi söyləməyəcəyik. Bu, onun əvəzolunmaz olması ilə bağlı deyil. Demokratik, azad və rahat bir yaşayış olduqdan sonra Suriyada kimin prezident olmasının bizim üçün önəmi yoxdur. Bəzi insanlar onu küncə sıxışdırmaqla təsirsiz hala gətirə biləcəklərini düşünür. Bu onların planıdır. Zaman göstərdi ki, küncə sıxışdırmağa çalışmaq Bəşər Əsədi daha da güclü mübarizə aparmağa vadar edir”.

S. Lavrov Suriyada böhran başlanandan Dəməşqlə hərbi sahədə əməkdaşlıq etmədiklərini söyləyib: “İllər öncə imzaladığımız müqavilələrin şərtləri yerinə yetirilir. Bunların bir qismi SSRİ vaxtında hərbi sursatların satılması ilə bağlı müqavilələrin yerinə yetirilməsidir. Böhran başlanandan bu günə qədər Suriya ilə hər hansı bir yeni müqavilə imzalamamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR