Bank Of Baku

İranda azərbaycanlı tələbəyə 3 il həbs və 74 zərbə şallaq cəzası verilib

İranda azərbaycanlı tələbəyə 3 il həbs və 74 zərbə şallaq cəzası verilib
# 27 sentyabr 2012 23:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Tehran Azad İslam Universitetinin tələbəsi Həmidrza Rəncbər həbs və şallaq cəzasına məhkum edilib. APA-nın məlumatına görə, Təbriz İnqilab Məhkəməsi azərbaycanlı tələbəyə 3 il həbs və 74 zərbə şallaq cəzası verib. Onun barəsində çıxarılmış qərar sentyabrın 26-da vəkili Fərhad Yəzdaniyə elan olunub. H. Rəncbərin nədə günahlandırıldığı açıqlanmayıb.
Qeyd edək ki, azərbaycanlı tələbə ötən il Güney Azərbaycan şəhərlərində keçirilmiş kütləvi aksiyalar zamanı da həbs olunub və 3 ay həbsdə saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR