Bank Of Baku

İranda həbs edilən azərbaycanlı fəallardan 14 nəfərin kimliyi məlum olub

İranda həbs edilən azərbaycanlı fəallardan 14 nəfərin kimliyi məlum olub
# 28 sentyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Sentyabrın 27-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində həbs olunmuş azərbaycanlı fəallardan 14 nəfərin kimliyi məlum olub. APA-nın məlumatına görə, ötən il avtomobil qəzasında həlak olmuş tanınmış azərbaycanlı siyasi fəal İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi və qızları Aylanın ildönümü mərasimində iştirak etmək üçün Xoy şəhərinə gedən 15 nəfərdən çox azərbaycanlı fəal yolda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən dünən həbs olunub. Tanınmış azərbaycanlı fəal Abbas Lisani ilə birgə saxlanılan fəallardan daha 5 nəfərin də - Firidun Azadi, Əmir Babayi, Behnam Nurməhəmmədinin həyat yoldaşı, Həsən Fəthi, Səid İbrahimzadə kimliyi məlum olub. Həbs edilənlərin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, həbsə alınmış digər azərbaycanlı siyasi və mədəni fəallar - jurnalist Rəhim Qulami, Əsgər Əkbərzadə, Siyamək Mirzayi, Firidun Ağazadə, Meysəm Azadi, Həmid Qurbanəlizadə, Kiyanuş Tohidi və Behnam Nurməhəmmədidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR