Bank Of Baku

Qasırğa nəticəsində Yaponiyada 50-dən artıq insan yaralanıb

Qasırğa nəticəsində Yaponiyada 50-dən artıq insan yaralanıb
# 30 sentyabr 2012 04:54 (UTC +04:00)
Bakı-APA. İkinci sutka Yaponiyanın cənubunda əsən “Cevalat” qasırğası 50-dən artıq insanın yaralanmasına səbəb olub. Yaponiya Milli meteoroloji agentliyinin məlumatına görə, təbii fəlakət ölkənin əsas adası olan Xonsünü də vura bilər.

Hazırda “Cevalat” Sakit okeanda Yaponiya adalarının yanı ilə şimala doğru hərəkət edir. Xonsü adasının qərbində artıq sürəti saatda 216 kilometrə çatan küləklər qeydə alınır. Adanın mərkəzi rayonlarında şiddətli yağışlar proqnozlaşdırılır. Ölkənin qərbində 270-dən artıq aviareysin təxirə salınması gözlənilir.

Dünən isə Okinava adasında “Cevalat” 180 min evi işıqsız qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR