Bank Of Baku

İran XİN ABŞ-ın Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarması ilə bağlı bəyanat yayıb

İran XİN ABŞ-ın Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarması ilə bağlı bəyanat yayıb
# 01 oktyabr 2012 06:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin İran Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarmasına etiraz olaraq bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, ABŞ hökuməti İran Xalq Mücahidlər Təşkilatını illərlə gizli şəkildə dəstəklədikdən sonra onun adını “qara siyahısı”ndan çıxartmaqla İrana qarşı daha bir addım atmış olub: “Rəsmi Vaşinqton bu rəftarı ilə yürütdüyü siyasətin heç bir məntiqə uyğun gəlmədiyini bir daha nümayiş etdirdi. Bu təşkilat daha əvvəl də heç bir maneə ilə qarşılaşmadan ABŞ-da sərbəst şəkildə fəaliyyət göstərirdi. ABŞ hökuməti beynəlxalq qanunlara zidd son cəhdi ilə terror məsələsində ikili standart yürütdüyünü, terrorizmdən öz xeyrinə vasitə olaraq istifadə etdiyini, əsasən bu ölkə üçün terrorun “yaxşı” və ya “pis” olaraq ikiyə bölündüyünü sübut etmiş oldu. Bu baxımdan ABŞ-ın son addımını kəskin şəkildə qınayır, bunun beynəlxalq hüquq və öhdəliklərlə ziddiyyət təşkil etdiyini bildirir və təşkilatın bu gün və gələcəkdə həyata keçirəcəyi terror aktlarından Vaşinqtonun məsuliyyət daşıyacağını vurğulayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR