Bank Of Baku

İran “S-200” raket-zenit kompleksi sisteminə dəyişiklik edib

İran “S-200” raket-zenit kompleksi sisteminə dəyişiklik edib
# 01 oktyabr 2012 07:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ““S-200” raket-zenit kompleksindən həm orta, həm də uzaq mənzilli hədəflərin məhv edilməsi üçün istifadə olunacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirl İranın “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general-mayor Fərzad İsmaili bildirib.

Onun sözlərinə görə, yerli mütəxəssislər sistemi daha da inkişaf etdirərək, onun istifadə sahəsini dəyişdirməyə nail olublar: ““S-200” raket-zenit kompleksinin quruluşu və taktiki xüsusiyyətləri dəyişdirildiyindən adı da dəyişdiriləcək. Bu sistem ölkənin ən uzaqmənzilli raket-müdafiə kompleksidir. Ancaq sistem dəyişikliklər nəticəsində orta mənzilli hədəfləri vurmaq qabiliyyətinə də sahib olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR