Bank Of Baku

İranın müdafiə naziri: “İsrail əlindəki nüvə və kütləvi qırğın silahları ilə “qırmızı xətti” çoxdan keçib”

İranın müdafiə naziri: “İsrail əlindəki nüvə və kütləvi qırğın silahları ilə “qırmızı xətti” çoxdan keçib”
# 01 oktyabr 2012 08:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Son günlərdə İsrailin İrana qarşı təhdidlərini artırması boş və əsassız hay-küydən başqa bir şey deyil. Bu, İsraildə hakimiyyətin öz daxilində çox ciddi problemlərin yaşanmasından irəli gəlir, həmçinin ölkənin mövcudluğu sual altındadır. Ona görə də vəziyyətdən xilas olmaq üçün İrana qarşı hücum və təhdidlərlə çıxış edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın müdafiə naziri, general-polkovnik Əhməd Vəhidi bildirib.

Onun sözlərinə görə, İsrail əlindəki yüzlərlə nüvə başlıqları olan raketlər və kütləvi qırğın silahları ilə onsuz da “qırmızı xətti” çoxdan aşıb: “Halbuki İran nüvə fəaliyyətlərini nüvə silahlarının qarşısının alınması müqaviləsi (NPT) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq çərçivəsində həyata keçirir. Bu baxımdan bütün nüvə obyektləri agentliyin müşahidəsi altındadır. Ancaq İsrail hərbi məqsədli nüvə fəaliyyətini yoxlamağa icazə verməyərək, əlindəki çox sayda atom bombası ilə bölgə və dünyanın təhlükəsizliyini təhdid edir. Ona görə də İsraillə ciddi şəkildə rəftar edilməlidir”. Ə.Vəhidi deyib ki, ABŞ Fars körfəzində həyata keçirdiyi hərbi manevrə 40-a qədər ölkənin qatıldığını bildirsə, də ancaq iştirakçıların dövlətlərin sayı 4-5-dən çox deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR