Bank Of Baku

İranda ABŞ və Fransa əleyhinə növbəti etiraz aksiyası keçirilib

İranda ABŞ və Fransa əleyhinə növbəti etiraz aksiyası keçirilib
# 01 oktyabr 2012 08:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Sentyabrın 30-da Tehranda ABŞ və Fransa əleyhinə növbəti etiraz aksiyası keçirilib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, minlərlə müəllim və şagird “Azadi” meydanında toplaşaraq, ABŞ-da çəkilən, islam dinini, onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin istehsalına, eyni zamanda Fransanın “Charlie Hebdo” yumor jurnalının Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsinə kəskin etirazlarını bildiriblər. Nümayişçilər bu işdə əli olanların məsuliyyətə cəlb olunmasını və ilahi dinlərə, müqəddəs şəxsiyyətlərə ehtiramla yanaşılmasını tələb ediblər. Aksiyanın sonunda bəyanat oxunub. Sənəddə “Google” saytında islam müqəddəslərinə qarşı hörmətsizlik, xüsusilə də Məhəmməd peyğəmbər barəsində çəkilmiş təhqiramiz filmin yayımlanması pislənilib, həmçinin bu vebsəhifəyə qarşı sanksiya tətbiq olunması istənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR