Bank Of Baku

Mahmud Əhmədinejad: “İran ABŞ-la birbaşa müzakirələrə hazırdır”

Mahmud Əhmədinejad: “İran ABŞ-la birbaşa müzakirələrə hazırdır”
# 03 oktyabr 2012 00:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz ədalətə və qarşılıqlı hörmətə əsaslanan mühitdə ABŞ-la birbaşa müzakirələrə hazırıq”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ-la İran arasındakı əlaqələrdəki mövcud vəziyyət bu şəkildə davam edə bilməz: “Mövcud vəziyyətdən ən çox zərəri amerikalıların özü görür. Ona görə də ABŞ İrana qarşı mövqeyini və münasibətini dəyişdirmək məcburiyyətindədir. ABŞ-la birbaşa müzakirələr aparmaq mümkündür. Ancaq bunun üçün şərtlər uyğun gəlməlidir. Hər halda mövcud şərtlərdə belə bir müzakirələrin baş tutacağını ehtimal etmirəm”. M. Əhmədinejad deyib ki, beynəlxalq aləmdə əsas olan əlaqə, dialoq və uzlaşmadır: “İran xalqının haqları rəsmi olaraq tanınmalıdır. İran xalqını təzyiqlə müzakirə masasına oturtmaq istəyənlər səhv edir. ABŞ-la müzakirə bu ölkənin İranla bağlı mövqeyini dəyişdirməsindən asılıdır”. İran prezidenti ABŞ rəhbərliyinin İran Xalq Mücahidləri Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarmasını da kəskin tənqid edib: “Doğrusu, biz bundan çox xoşbəxtik. ABŞ-ın terrorizmin əsl himayəçisi olduğunu bütün dünyaya izah etmək istəsəydik, bunun üçün 500 və ya 600 milyon dollar xərcləməyimiz lazım idi. Ancaq onlar bizim üçün bu işi pulsuz etdilər. Təbii ki, biz rəsmi olaraq onların bu qərarını qınadıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR