Bank Of Baku

Mahmud Əhmədinejad: “Suriyadakı böhranın həlli milli barışığın əldə olunması və azad seçkilərin keçirilməsindən keçir”

Mahmud Əhmədinejad: “Suriyadakı böhranın həlli milli barışığın əldə olunması və azad seçkilərin keçirilməsindən keçir”
# 03 oktyabr 2012 02:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Suriyadakı böhranın həlli milli barışığın əldə olunması və azad seçkilərin keçirilməsindən keçir”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, İran barışıq və seçkilərin ən yaxşı həll yolu olduğuna inanır: “Çünki bu, Suriya xalqının haqqıdır. Qarşıdurma və vətəndaş müharibəsi doğru yol deyil. Suriyadakı hər bir insan tələfatına kədərlənirik. Axı nə üçün Suriya dağılmalıdır? İki tərəf də Suriyanın sərmayəsidir. Ölkənin inkişafı üçün barışmaları lazımdır. Bu döyüşün nəticəsi Suriya üçün fəlakətdən başqa bir şey deyil”. M. Əhmədinejad Suriyada heç kimi vəzifələndirmədiklərini və heç kimə hansı işi görməsi lazım olduğunu söyləmədiklərini deyərək, tərəflərin milli barışıq əldə etməsinə yardım göstərdiklərini vurğulayıb: “Suriyada mütləq azad seçkilər keçirilməlidir. Bu seçki tərəflər arasında barışıq əldə olunmaqla baş tutmalıdır. Kim qalmalı və ya getməli demirik. Əksinə, bu addım başqalarının daxili işlərinə qarışmaq olar. Seçki Suriya xalqının haqqıdır. Hər kəs xalqın seçkisinə hörmət etməlidir. Bu, insani bir üsuldur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR