Bank Of Baku

Türkiyə Suriya böhranının həlli üçün İrana üç variant təklif edib

Türkiyə Suriya böhranının həlli üçün İrana üç variant təklif edib
# 17 oktyabr 2012 11:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Biz İrana Suriyadakı böhranın həllinə nail olmaq üçün üç ölkənin iştirak etdiyi sistem təklif etdik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu sistem Türkiyə-Misir-İran ola bilər: “İkinci sistem Türkiyə-Rusiya-İran, üçüncü sistem isə Türkiyə-Misir-Səudiyyə Ərəbistanı ola bilər. BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahiminin, heç olmazsa, Qurban bayramında atəşkəsin təmin edilməsi ilə bağlı planı var ki. bu da məqsədəuyğun və doğru olar. Bununla bağlı Türkiyə və İran, hətta Misir, Səudiyyə Ərəbistanı və Rusiya, eyni zamanda müvafiq ölkələr Suriyaya çağırış edə bilərlər. Bu, çox faydalı ola bilər. Bununla bağlı iki ölkə ortaq qərar aldı. Suriyadakı böhranın həlli məqsədilə daha əvvəldən başlayan görüşün bundan sonra da xarici işlər nazirləri səviyyəsində davam etdirilməsinə qərar verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR