Bank Of Baku

İranla “altılıq” ölkələri arasında növbəti görüş noyabrda keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti görüş noyabrda keçiriləcək
# 18 oktyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti müzakirələrin gələn ay keçiriləcəyi gözlənilir. APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında keçiriləcək müzakirələrdə “altılıq” ölkələrin nümayəndələri də iştirak edəcək: “İranla “altılıq” ölkələri arasında növbəti görüşün keçiriləcəyi yer hələlik dəqiqləşməyib. Lakin istənilən halda bu müzakirələr Moskvada olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR