Bank Of Baku

Ərdəbildə “Muğan” gön-dəri fabrikinin bağlanması nəticəsində 150 nəfər işsiz qalıb

Ərdəbildə “Muğan” gön-dəri fabrikinin bağlanması nəticəsində 150 nəfər işsiz qalıb
# 19 oktyabr 2012 00:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda, Ərdəbil şəhərində “Muğan” gön-dəri fabriki bağlanıb. APA-nın İLNA-ya istinadən məlumatına görə, nəticədə 150 nəfər işsiz qalıb. Fabrikin idarəetmə işləri şöbəsinin müdiri onun bağlanmasının səbəbini subsidiyaların dayandırılması və qiymətlərin artması ilə izah edib. Onun sözlərinə görə, subsidiyaların kəsilməsi elektrik enerjisi və nəqliyyat xidmətlərinin bahalaşmasına gətirib çıxarıb. Eyni zamanda şöbə müdiri vəziyyət yaxşılaşdığı zaman fabrikin yenidən açıla biləcəyini bildirib. O, həmçinin fabrik yenidən işə düşəcəyi təqdirdə, ətraf mühitin qorunması məqsədilə Ərdəbil şəhərindən kənara köçürüləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR