Bank Of Baku

İranda şəriət qaydalarını pozan 28 iş yeri bağlanıb

İranda şəriət qaydalarını pozan 28 iş yeri bağlanıb
# 19 oktyabr 2012 14:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Qəzvin şəhərində polisin keçirdiyi reyd zamanı şəriət qaydalarını pozan və qanunsuz fəaliyyət göstərən 28 iş yeri bağlanıb. APA-nın məlumatına görə, bu barədə Qəzvin Polis İdarəsinin təhlükəsizlik şöbəsinin rəisi Heydər Məhəmmədi açıqlama verib. O bildirib ki, şəriət qaydalarına zidd geyimli qadınlara xidmət göstərdiyi üçün 4 yeməkxana və çay evi, sənədləri qaydasında olmağına görə 5 dükan və 14 emalatxana bağlanıb: “Fəaliyyəti dayandırılan iş yerlərinə əvvəlcədən xəbərdarlıq edilmişdi. Şəriət qaydalarına əməl etməyən və qanunsuz çalışan obyektləri aşkar etmək üçün Qəzvin polisi bu cür reydlərə davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR