Bank Of Baku

Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub- FOTOSESSİYA

Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub- <font color=red>FOTOSESSİYA</font>
# 21 oktyabr 2012 00:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Oktyabrın 20-də İranın futbol üzrə ölkə çempionatının (superliqa) 12-ci həftəsi çərçivəsində son dərəcə prinsipial oyun baş tutub. APA-nın məlumatına görə, Təbrizin “Traktor” komandası doğma divarlar arasında Tehranın “İstiqlal” klubunu qəbul edib. Təbrizin “Səhənd” stadionunda çox gərgin keçən qarşılaşma “Traktor”un qələbəsi ilə başa çatıb – 2:0. 60 min azarkeşin izlədiyi və hazırda Təbriz zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Fərdin Muradpura həsr olunmuş görüşdə 90 dəqiqə boyunca milli və siyasi şüarlar səsləndirilib. Bununla da 12 oyundan sonra “Traktor” 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Oyundan sonra azərbaycanlı azarkeşlər küçələrə axışaraq Təbriz komandasının qələbəsini böyük coşqu ilə qeyd ediblər. Onlar Azərbaycan musiqisinin sədaları altında rəqs edərək əyləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR