Bank Of Baku

Mahmud Əhmədinejad: “Qərb ölkələri dünyada süni İran təhlükəsi yaratmağa çalışırlar”

Mahmud Əhmədinejad: “Qərb ölkələri dünyada süni İran təhlükəsi yaratmağa çalışırlar”
# 21 oktyabr 2012 02:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran heç vaxt başqalarına qarşı düşmənçilik siyasəti yürütməyib. Əksinə, Fars körfəzinin təhlükəsizliyini qoruduğu kimi, qonşu ölkələr və bölgə xalqlarının inkişafı və əmin-amanlığının da zəmanətidir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, Qərb ölkələri əsassız iddialarla İranın nüvə silahına sahib olmaq niyyətində olduğunu irəli sürərək, dünyada süni İran təhlükəsi yaratmağa çalışırlar: “İran dəfələrlə nüvə silahına ehtiyacı olmadığını və nüvə bombasına sahib olanların da bundan istifadə etməyəcəyinə inanır”. M. Əhmədinejad deyib ki, Qərb ölkələri nüvə proqramını bəhanə edərək, İrana qarşı təzyiqləri artırır və rəsmi Tehranın inkişafına maneə törətmək istəyirlər: “Onlar hər zaman başqa ölkələrin inkişafına qarşı çıxıblar. Ancaq İran əsla geri addım atmayacaq”. İran prezidenti Suriyadakı böhrana da toxunaraq, bu ölkədə problemin həlli üçün iqtidarla müxalifət arasında milli uzlaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR