Bank Of Baku

Əli Əkbər Salehi: “ABŞ-la heç bir görüş keçirmirik”

Əli Əkbər Salehi: “ABŞ-la heç bir görüş keçirmirik”
# 22 oktyabr 2012 08:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ABŞ-la mübahisəli nüvə proqramı ilə bağlı birbaşa görüşlərə başlamağı qəbul etdiyinə dair iddiaları təkzib edib.

APA-nın məlumatına görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, ABŞ-la hər hansı bir görüş və ya müzakirələr keçirilmir: “İranın nüvə proqramı ilə bağlı görüşlər yalnız “altılıq” ölkələri ilə davam etdirilir. Ancaq ABŞ-la heç bir görüş keçirmirik”.

Nazirin sözlərinə görə, “altılıq” ölkələri ilə İran arasında növbəti görüşün keçirilməsi qərara alınıb, lakin vaxtı və yeri hələlik dəqiqləşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR