Bank Of Baku

Rusiya prezidentinin xüsusi nümayəndəsi İranda səfərdədir

Rusiya prezidentinin xüsusi nümayəndəsi İranda səfərdədir
# 22 oktyabr 2012 09:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov bu gün İrana səfər edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahianın dəvəti ilə Tehranda səfərdə olan M.Boqdanov bölgə və Suriyadakı böhranla bağlı İran rəsmiləri ilə müzakirələr aparacaq. Onun bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR