Bank Of Baku

Türkiyədə həbs olunmuş İran casusları 20 il azadlıqdan məhrum edilib

Türkiyədə həbs olunmuş İran casusları 20 il azadlıqdan məhrum edilib
# 22 oktyabr 2012 10:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyə hərbi məhkəməsi casusluqla təqsirləndirilən və aralarında 2 İran vətəndaşının da olduğu 11 nəfərə hökm çıxarıb.

APA-nın məlumatına görə, mühakimə edilən İran vətəndaşları Türkiyə Silahlı Qüvvələrinə məxsus dövlət sirrini İrana satmaqda ittiham olunub. Onların təqsirini sübut edən dəlillər və əlyazmalar məhkəməyə təqdim edilib.

İran casuslarından biri Türkiyənin hərbi və strateji obyektlərinin fotolarını çəkmək üçün tapşırıq aldığını etiraf edib. Məhkəmənin hökmü ilə hər iki İran vətəndaşı 20 il həbs cəzasına məhkum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR