Bank Of Baku

İran prezidenti Evin həbsxanasına buraxılmayıb

İran prezidenti Evin həbsxanasına buraxılmayıb
# 22 oktyabr 2012 10:42 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Əhmədinejad həbsdə olan mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikirə baş çəkmək istəyib. Bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə məktub yazan prezident həbsxana ziyarətinin təşkil edilməsini istəyib. Lakin nazirliyin mətbuat xidmətindən M. Əhmədinejada müsbət cavab verilməyib. Ona bildirilib ki, prezidentin həbsxanaya baş çəkməkdən daha mühüm işləri var: “Belə bir ziyarət ölkə rəhbərliyinin prioritet məsələləri ilə bağlı ictimaiyyətdə yanlış təəssüratlar yarada bilər. Prezidentin ölkə iqtisadiyyatı və qiymətlərin bahalaşması kimi görməli olduğu daha ciddi işləri var”.

Qeyd edək ki, sentyabr ayında İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbs olunub. “Xatun” dərgisində İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə ittiham olunan Ə. Ə. Cavanfikir 6 ay azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR