Bank Of Baku

Əli Laricani: “Prezident dəyişikliyi ABŞ-ın İrana qarşı siyasətinə təsir etməyəcək”

Əli Laricani: “Prezident dəyişikliyi ABŞ-ın İrana qarşı siyasətinə təsir etməyəcək”
# 23 oktyabr 2012 13:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Ağ Evin qərəzli məqsədlərinə qarşı öz mövqeyində güclü dayanmalıdır”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

O bildirib ki, ABŞ-la İran arasındakı qarşıdurmanın uzun tarixi var: “Səddam Hüseyn ABŞ-ın təhriki ilə İrana hücum etdi. Həmin hücum İranla İraq arasında 8 illik müharibə ilə sona çatdı. Bəzi çevrələr hesab edir ki, ABŞ-da prezident dəyişikliyi İran üçün müsbət nəticə verəcək. Amma qeyd etməliyəm ki, bu cür fikirlər yalan və əsassızdır. Ağ Evdə prezident dəyişikliyi bu ölkənin İrana qarşı siyasətinə təsir etməyəcək”.

Ə.Laricani əlavə edib ki, ABŞ son 10 ildə nüvə proqramını bəhanə edərək İranın elm və texnologiya sahəsində inkişafına mane olmağa çalışır: “Bu məqsədlə də Ağ Ev Tehrana qarşı müxtəlif təzyiqlər göstərir. Qərb də öz maraqlarına uyğun olaraq İran və nüvə proqramı haqqında yanlış informasiyalar yayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR