İran Avropa ölkələrinə qarşı üç istiqamətdə sanksiyalar qəbul edəcək
24 oktyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran parlamenti Avropa ölkələrinə qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayır. APA-nın “Press TV”-yə istinadən məlumatına görə, bunu İran parlamentinin enerji komissiyasının sədr müavini Nasir Sudani deyib.
O bildirib ki, sanksiyalar 3 mərhələdə həyata keçiriləcək: “Birinci mərhələdə İranla düşmənçilik edən ölkələrə yüksək keyfiyyətli neft məsullarının və xam neftin ixracı dayandırılacaq. Avropanın 70-ə yaxın neftayırma zavodu İran neftinin hesabına fəaliyyət göstərir. Onlar dolayı yolla vasitəçilərdən İran neftini alırlar. Bəzi Avropa ölkələri bilməlidir ki, Tehranın maraqlarını zərbə altında qoyduqları halda, İran parlamenti səssiz qalmayacaq. Böyük Britaniya və Fransadan sonra başqa Qərb dövlətləri də İranın neft sanksiyasına məruz qalacaqlar”.
N.Sudani əlavə edib ki, ikinci mərhələdə Avropada istehsal edilən məhsulların İrana idxalı qadağan ediləcək: “Üçüncü mərhələ isə turizmlə bağlıdır. İranlı turistlərin ölkəmizlə düşmənçilik edən Qərb dövlətlərinə səfər etməsinə yasaq qoyulacaq”.

Asiya
Türkiyə “Akkuyu” AES-in ilk enerji blokunu bir il ərzində işə salmaq niyyətindədir
01:58
25 may 2024
MİT İraqda 2 PKK üzvünü zərərsizləşdirib
16:10
24 may 2024
İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkar edib
12:00
24 may 2024
İsrail İspaniyanın Yerusəlimdəki konsulluğunun fəaliyyətini məhdudlaşdırır
11:05
24 may 2024