Bank Of Baku

İranın ədliyyə naziri: “Mahmud Əhmədinejad vəzifələrini və hakimiyyətin üçüncü qoluna aid öhdəlikləri bilmir”

İranın ədliyyə naziri: “Mahmud Əhmədinejad vəzifələrini və hakimiyyətin üçüncü qoluna aid öhdəlikləri bilmir”
# 25 oktyabr 2012 10:59 (UTC +04:00)
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, M. Əhmədinejadın həbsxanaya buraxılmamasına etiraz edərək Ədliyyə Nazirliyinə yazdığı məktubuna S. A. Laricani sərt münasibət bildirib. O prezidenti öz vəzifələrini bilməməkdə təqsirləndirib: “Mahmud Əmmədinejadın məktubu vəzifələrini və hakimiyyətin üçüncü qoluna aid öhdəlikləri anlamamağının nəticəsidir. O, məktubunda yazıb ki, prezident icazəsiz həbsxanalara daxil ola bilər. Halbuki Ədliyyə Nazirliyinin razılığı olmadan həbsxanalara getmək İran Konstitusiyasına ziddir”.

Qeyd edək ki, M. Əhmədinejad həbsdə olan mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikirə baş çəkmək istəyib. Bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə məktub yazan prezident həbsxana ziyarətinin təşkil edilməsini tələb edib. Lakin nazirliyin mətbuat xidmətindən M. Əhmədinejada müsbət cavab verilməyib. Təkrar məktub yazaraq həbsxanaya buraxılmamasının doğru olmadığı bildirən M. Əhmədinejad prezidentin həbsxanaya getməsi üçün icazə almağa ehtiyac olmadığını yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR