Bank Of Baku

İsrail və HAMAS atəşkəs haqqında razılığa gəlib

İsrail və HAMAS atəşkəs haqqında razılığa gəlib
# 25 oktyabr 2012 13:31 (UTC +04:00)
Bakı - APA. İsrail ilə HAMAS təşkilatı arasında atəşkəs barədə qeyri-rəsmi razılığa gəlinib. APA-nın məlumatına görə, danışıqlarda vasitəçi qismində Misir çıxış edib.

Eyni zamanda, İsrail Müdafiə Nazirliyində müvəqqəti sülh faktını təsdiq etmirlər. Müdafiə Nazirliyinin nümayəndəsi Amos Gilad bəyan edib ki, HAMAS-la heç bir sazişin bağlanmasından söz gedə bilməz, sadəcə olaraq müvəqqəti bir sakitliyə dair razılığa gəlinib.

Atəşkəs oktyabrın 24-dən 25-nə keçən gecə qüvvəyə minib. Bəzi fikrilərə görə, fələstinlilər atəşkəsə Qurban Bayramı ilə əlaqədar razılığa gəliblər.

Qeyd edək ki, iki gün davam edən Fələstin-İsrail atışması nəticəsində 4 fələstinli öldürülüb, 3 israilli isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR