Bank Of Baku

Zbiqnev Bjezinski: «ABŞ-ın İrana hərbi müdaxiləsi beynəlxalq münasibətlərdə xaosa səbəb olacaq»

Zbiqnev Bjezinski: «ABŞ-ın İrana hərbi müdaxiləsi beynəlxalq münasibətlərdə xaosa səbəb olacaq»
# 25 oktyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «ABŞ-ın İrana hücumu Yaxın və Orta Şərqdə geosiyasi partlayışa səbəb olacaq». APA-nın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski deyib.

O bildirib ki, ABŞ-ın İranda demokratiyanı bərqərar etmək istəyi təhlükəli arzudur: «ABŞ-ın bölgəyə hərbi müdaxiləsi neftin qiymətinin yüksəlməsinə səbəb olacaq. Həmçinin, Avropa Birliyi (AB) ölkələrinin hazırkı iqtisadi böhrandan çıxma cəhdləri zərbə altında qalacaq. Nəticədə, AB dövlətləri arasında fikir ayrılığı yaranacaq. Bununla da Rusiya Ukraynada və Gürcüstanda öz təsirini gücləndirə biləcək və AB-nin Rusiyadan enerjisi asılılığı artacaq. Bütün bunlar isə beynəlxalq münasibətlərdə xaosa yol açacaq».

Z.Bjezinski doğru yolun İrana qarşı sanksiya siyasətinin davam etdirilməsi olduğunu deyib: «Eləcə də, Tehrana xəbərdarlıq etmək lazımdır ki, ABŞ İsrail də daxil olmaqla Yaxın Şərqdə yerləşən dövlətlərə qarşı istənilən təhdidə cavab verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR