Bank Of Baku

Suriya ordusu Qurban bayramı münasibətilə atəşkəs elan edib

Suriya ordusu Qurban bayramı münasibətilə atəşkəs elan edib
# 25 oktyabr 2012 18:18 (UTC +04:00)
Bakı-APA. Suriya ordusunun komandanlığı Qurban bayramı münasibətilə oktyabrın 26-dan 29-dək bütün ölkə ərazisində hərbi əməliyyatlara son qoyduğunu açıqlayıb. Bu barədə məlumatı «Suriya satelayt» peyk telekanalı yayıb.

«Mülki əhalinin təhlükəsizliyinə və ictimai obyektlərin mühafizəsinə görə daşıdığımız məsuliyyətə uyğun olaraq Suriya silahlı qüvvələri silahlı terrorçu qruplaşmalar tərəfindən mövqelərinin canlı qüvvə və silah-sursatla möhkəmləndirilməsi, həmçinin qonşu ölkələrin terrorçu qruplaşmalara köməyi halında cavab vermək hüququnu özündə saxlayır», deyə Suriya ordusunun komandanlığının bəyanatında deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR