Bank Of Baku

Suriya prezidentinin yeni görüntüləri yayımlanıb – FOTO

Suriya prezidentinin yeni görüntüləri yayımlanıb  – <font color=red>FOTO </font>
# 26 oktyabr 2012 13:08 (UTC +04:00)
Bakı-APA. Suriya prezidenti Bəşər Əsədin ölkədə atəşkəs rejimi elan olunduqdan sonra görüntüləri yayımlanıb. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Dəməşqdə məscidlərdən birində bayram namazı qılıb.

Suriya dövlət televiziyasının yaydığı kadrlarda onun adı açıqlanmayan bir məsciddə namaz qıldığı bəlli olub. Məscidin imamı Vəlid Əbdül Hak orada suriyalılara “Müharibədən əl çəkin, çünki hamınız qardaşsınız”, deyə müraciət edib: “Suriyalılar burada yaradılması istənilən təriqət ayrımını aradan qaldırmaq üçün Allaha üz tutmalıdırlar. Biz özümüz yeni bir Yaxın Şərq yaratmalıyıq, İslam və Suriya düşmənlərinin diktə etdiyini deyil”.

B. Əsəd namaz qıldıqdan sonra məsciddəki insanlarla görüşüb, söhbət edib.

Qeyd edək ki, Suriya ordusunun komandanlığı Qurban bayramı münasibətilə oktyabrın 26-dan 29-dək bütün ölkə ərazisində hərbi əməliyyatların dayandırıldığını açıqlayıb. Amma buna baxmayaraq, ordunun atəşkəsi pozması barədə xəbərlət yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR