Bank Of Baku

Böyük Britaniyada İran hakimiyyətinə müxalif telekanal yayıma başlayıb

Böyük Britaniyada İran hakimiyyətinə müxalif telekanal yayıma başlayıb
# 26 oktyabr 2012 14:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Böyük Britaniyada İran hakimiyyətinə müxalif telekanal yayıma başlayıb. APA-nın məlumatına görə, “Raha TV” adlanan telekanal oktyabrın 25-dən etibarən “Eutelsat” peyki vasitəsilə yayımlanmağa başlayıb. Telekanal GLWIZ vasitəsilə və ya internetdə izlənilə biləcək. Telekanalın təsisçisi 42 yaşlı iranlı iş adamı Əmir Hüseyn Cahanşaxidir. Onun atası İran şahı Məhəmmədrza Pəhləvinin dövründə maliyyə naziri vəzifəsində çalışıb. İranda “Yaşıl Dalğa Demokratiya Müdafiəçiləri Qrupu”nun təsisçisi də olan Ə. H. Cahanşahi Fransada təhsil alıb. “Raha TV”nin baş redaktoru isə Ələsgər Ramazanpurdur. İranın mədəniyyət və islam irşad nazirinin müavini olmuş Ə. Ramazanpur 2003-cü ildə İranı tərk edib. Ümumiyyətlə, telekanalın proqramları İrandan mühacirət etmiş jurnalistlər tərəfindən hazırlanır. “Raha TV”nin Böyük Britaniyada 40, İranda isə 20 əməkdaşı işləyəcək. Telekanalın yayımı Qrinviç vaxtı ilə saat 16:30-da olacaq. İlkin mərhələdə 4 saat yayımlanacaq verilişlərə yarım saat xəbərlər buraxılışı, daha sonra incəsənət, mədəniyyət və idman verilişləri daxildir. Ə. H. Cahanşahi bildirib ki, İran hakimiyyəti dövrünü başa vurduğundan bölgəni müharibəyə sürükləyən siyasət yürüdür: “Ona görə də bizlər bunun dəyişməsi üçün İran xalqına fikirlərimizi çatdırmaq istəyirik. “Raha” sözünün mənası da azad deməkdir. Məqsədimiz azadlıq və demokratiyanı İrana gətirməkdir. İranda müxalifət güclənir. “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə” Orta Şərqdə necə bir rol oynayırsa, biz də oxşar məqsəd güdürük. Bizlər müstəqil şəkildə bölgə üçün təhlükə yaradan rejimə qarşıyıq və bu hakimiyyəti dəyişdirmək istəyirik. İsrail ölkəmi hər an bombalaya bilər və bu da bölgədə, hətta dünyada böyük bir böhrana yol aça bilər. Bunun qarşısını almağın yeganə yolu bu rejimi dəyişdirməkdən keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR