Bank Of Baku

“Hizbullah” İsrailin qadağan olunmuş zonasına adi görüntülər ələ keçirib

“Hizbullah” İsrailin qadağan olunmuş zonasına adi görüntülər ələ keçirib
# 29 oktyabr 2012 09:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ “Hizbullah”ın İsrailə göndərdiyi “Eyub” adlı pilotsuz təyyarə vasitəyilə İsrailin qadağan olunmuş zonasına adi görüntülər ələ keçirilib”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini İsmayıl Kövsəri deyib.

O bildirib ki, bu barədə “Hizbullah”ın uyğun gördüyü vaxt açıqlama veriləcək: “Əlimizdə İsrailin qadağan olunmuş zonasına aid görüntülər var. Bundan sonra Təl-Əvivin İran əleyhinə istənilən cəhdinə İsrail torpaqlarında cavab verəcəyik”. İ. Kövsəri əlavə edib ki, İran son 30 ildə pilotsuz təyyarə texnologiyasından istifadə edir: “İranın silah daşıya biləcək pilotsuz təyyarə də istehsal edəcək imkanı var. Ölkəmizin hərbi gücü düşünüldüyündən daha çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR