Bank Of Baku

İsrail İranın iddialarını təkzib edib

İsrail İranın iddialarını təkzib edib
# 30 oktyabr 2012 04:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsrail İranın Livan “Hizbullah”ına məxsus pilotsuz təyyarənin ölkənin qadağan olunmuş zonalarına adi görüntülər çəkməsi ilə bağlı irəli sürdüyü iddiaları təkzib edib. APA-nın məlumatına görə, rəsmi Tel-Əviv oktyabrın əvvəlində sahildən 25 km içəridə ələ keçirilən və İran istehsal olunmuş, Livanda yığılmış pilotsuz təyyarədə kamera olmadığını açıqlayıb. Hətta İsrail pilotsuz təyyarənin silahsız olduğunu da bildirib.

Qeyd edək ki, İran parlamentinin müdafiə komissiyasının sədri İsmayıl Kövsəri deyib ki, “Hizbullah”ın İsrailə göndərdiyi “Eyub” adlı pilotsuz təyyarə vasitəsilə bu ölkənin qadağan olunmuş zonasına adi görüntülər ələ keçirilib. O bildirib ki, “Hizbullah”ın lazım bildiyi vaxt bu barədə açıqlama veriləcək: “Əlimizdə İsrailin qadağan olunmuş zonasına aid görüntülər var. Bundan sonra rəsmi Təl-Əvivin İran əleyhinə istənilən cəhdinə İsrail torpaqlarında cavab verəcəyik”.

İ. Kövsəri əlavə edib ki, İran son 30 ildə pilotsuz təyyarə texnologiyasından istifadə edir: “İranın silah daşıya biləcək pilotsuz təyyarə də istehsal edəcək imkanı var. Ölkəmizin hərbi gücü bilindiyindən daha çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR