Əhməd Vahidi: “İran hər cür hücuma dağıdıcı cavab verəcək”
30 oktyabr 2012 13:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran hər cür hücuma dağıdıcı cavab verəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-polkovnik Əhməd Vahidi bildirib. Onun sözlərinə görə, İsrail İranın müxtəlif sahələrdəki gücünü görüb: “Ona görə də İrana hücum etmək gücündə olmadığı üçün hər hansı bir axmaq hərəkətə yol verməyəcək. İrana hərbi müdaxilə edə bilməyəcəyini bilən İsrail istəklərini həyata keçirmək üçün psixoloji müharibəyə üstünlük vermişdisə, ancaq hazırda geriyə addım atıb. Çünki İranın hər cür təhdidə qarşı dik dayandığını görür”.
Asiya
Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - VİDEO - YENİLƏNİB-6
20:07
19 may 2024
Reuters: Helikopter qəzasından sonra Rəisi və xarici işlər nazirinin həyatı risk altındadır
19:24
19 may 2024
Qəzzada 35,5 min insan həyatını itirib
18:10
19 may 2024
Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib
11:40
19 may 2024