Bank Of Baku

Diyarbəkirdə 56 nəfər saxlanılıb

Diyarbəkirdə 56 nəfər saxlanılıb
# 31 oktyabr 2012 03:16 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Diyarbəkir şəhərində icazəsiz keçirilən etiraz aksiyasının 56 iştirakçısı saxlanılıb.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Sülh və Demokratiya partiyasının üzvləri və bir necə kürd cəmiyyətləri fəalları Bağlar rayonundakı həbsxanada aclıq aksiyası iştirakçılarına dəstək verməsi məqsədi ilə Diyarbəkirdə etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiya iştirakçıları polis əməkdaşlarına daş, şüşə, yandırıcı maddələr (Molotov kokteyli) atıblar. Cavab olaraq polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Saxlanılanlarda kustar üsul ilə hazırlanmış əl qumbarası, çox sayda Molotov kokteyli aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR