Bank Of Baku

Suriya müxalifəti: Bəşər Əsədin silahlı qüvvələri içində iranlı snayperlər var

Suriya müxalifəti: Bəşər Əsədin silahlı qüvvələri içində iranlı snayperlər var
# 01 noyabr 2012 09:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Suriya prezidenti Bəşər Əsədə məxsus silahlı qüvvələrin içində iranlı snayperlər var. Biz Hələb şəhərində vəzifələrini icra edən həmin şəxslərdən bəzilərini tutduğumuzda üzərlərindən İran pulları çıxdı”. APA-nın məlumatına görə, bunu Azad Suriya Ordusunun “Ümmət qalxanı” briqadasının komandanı Əbu Həmmam bildirib.

Onun sözlərinə görə, B.Əsədə verdiyi dəstəyi dayandırması üçün İran rəhbərliyinə məktub göndəriblər: “İran ordusu Əsədə məxsus silahlı qüvvələrə kəşfiyyat, silah-sursat və hərbi dəstək verir”.

Ə.Həmmam iranlı snayperlərdən götürdükləri İranın milli valyutası olan rialları da nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR