Bank Of Baku

İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib - FOTOSESSİYA

İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2012 09:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İranın paytaxtı Tehran şəhərində minlərlə insan ABŞ-ın bu ölkədəki keçmiş səfirliyinin binası qarşısında yürüş-mitinq keçirib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, aksiya iştirakçıları dünya imperializminə qarşı müxtəlif şüarlar səsləndirib, özləri ilə supergüclər və onların regiondakı əlaltılarını pisləyən plakatlar daşıyıblar. Nümayiş bəyanat oxunmaqla başa çatıb.

Qeyd edək ki, 4 noyabr İranda dünya imperializminə qarşı milli mübarizə günü adlandırılır. Məhz 1979-cu noyabrın 4-də İran tələbələri ABŞ-ın İrandakı səfirliyinə hücum edərək, diplomatik korpusu ələ keçiriblər və 52 nəfəri girov götürüblər. ABŞ diplomatlarından yalnız 6 nəfər nümayişçilərin gözündən yayınaraq qaça bilib və Kanadanın Tehrandakı səfirliyinə sığınıb. Bu şəxslər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkələrinə sağ-salamat qayıda biliblər. Digər 52 nəfər isə 444 günlük girovluqdan sonra 1981-ci ilin yanvarında ABŞ-ın bu ölkənin banklarında İran fondlarına məxsus dondurulmuş 8 mln. dollar pulu qaytarmasından sonra azadlığa buraxılıb.

İranda noyabrın 4-ü Qədir-Xum bayramına təsadüf etdiyindən, bu gün Tehranda və ölkənin 700 şəhər və rayonunda yürüş-mitinq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR