Bank Of Baku

Suriyada gün ərzində 165 nəfər öldürülüb

Suriyada gün ərzində 165 nəfər öldürülüb
# 03 noyabr 2012 02:46 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı (SNHR), dünən hərbi təyyarələrin bombardmanı nəticəsində Suriyanın İdlib şəhərində 56 nəfərin həlak olduğunu, onlarla insanın isə yaralandığını bildirib. Bu barədə APA Türkiyə saytlarına istinadən məlumat verir.

Təşkilat gün ərzində Deyr-i Zorda 36, Dəməşqdə 30, Hələpdə 23, Humsda 13, Deraada 6 və Hama şəhərində 1 nəfərin həlak olduğu barədə məlumat yayıb. Beləliklə, gün ərzində ölkədə baş vermiş silahlı qarşıdurmada 165 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR