Bank Of Baku

İranın Sistan və Buluçistan vilayətində növbəti terror hücumu həyata keçirilib

İranın Sistan və Buluçistan vilayətində növbəti terror hücumu həyata keçirilib
# 04 noyabr 2012 01:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın cənub-şərqində növbəti terror hücumu həyata keçirilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın Sistan və Buluçistan vilayətinin mərkəzi Zahidan şəhərində naməlum silahlı şəxslərin ətrafa açdığı atəş nəticəsində 4 nəfər yaralanıb. Vilayatin təhlükəsizlik şöbəsi rəisinin müavini Əli İzədi bildirib ki, motosiklet sürən iki şəxs yoldan keçən piyadaların üzərinə atəş açıblar: “Hadisə nəticəsində 4 nəfər yaralanıb və onlar dərhal xəstəxanaya qaldırılıb. Terrorçular hadisə yerindən qaça biliblər. Hazırda həmin şəxslərin həbs olunması üçün işlər davam etdirilir”. Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən aldadılan terrorçular bu cür hücumları sırf cəmiyyətdə çaxnaşma yaratmaq üçün həyata keçirirlər.
Qeyd edək ki, bu günlərdə Sistan və Bəluçistan vilayətinin Sərbaz bölgəsində məktəb müəllimi Məhəmməd İslamiyə qarşı terror aktı həyata keçirilib. Naməlum şəxslər müəllimə atəş açıb və o, hadisə yerində dünyasını dəyişib. Bundan əvvəl isə Sistan və Bəluçistan vilayətinin Çabahar şəhərində terrorçu özünü partlatmışdı. Terror aktı nəticəsində terrorçudan başqa daha iki nəfər həlak olmuş və 6 nəfər yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR