Bank Of Baku

Kanada İranın bu ölkədəki bütün mülkiyyətinə və bank hesablarına sanksiya tətbiq edib

Kanada İranın bu ölkədəki bütün mülkiyyətinə və bank hesablarına sanksiya tətbiq edib
# 06 noyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Kanada İranın bu ölkədəki bütün mal varlığını dondurub. APA-nın İran mətbuatına istinadən məlumatına görə, qərar Ontario məhkəməsi tərəfindən çıxarılıb. Qərara əsasən, İranın Kanadada mülkiyyəti sayılan səfirliyinin binasına, diplomatlarının yaşadıqları evlərə və onlara məxsus bank hesablarına qadağa qoyub.

Qeyd edək ki, Kanada bu il sentyabrın 7-də İranla diplomatik münasibətlərini dondurub. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatları Ottavadan çıxarıb. Hazırda Kanadanın İrandakı mənafeyini İtaliya qoruyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR