Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 50 nəfər xəsarət alıb

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 50 nəfər xəsarət alıb
# 07 noyabr 2012 11:03 (UTC +04:00)
APA-nın İran Seysmoloji Mərkəzinin saytına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 09:56-da qeydə alınıb. Rixter şkalası üzrə 5,1 bal gücündə, yerin 19 km dərinliyində baş verən zəlzələnin episentri Vərzigan şəhəri olub. Vərziganda saat 07:35-dən günorta saatlarınadək 29 təkan qeydə alınıb. Zəlzələ nəticəsində zərərçəkən 50 nəfər tibb mərkəzinə şikayətlə müraciət edib. Onlardan 15 nəfərin qolu-ayağı sınıb. Qan təzyiqi və əsəb xəstəliyi ilə müraciət edənlər çoxluq təşkil edib. Vərzigandakı tibb mərkəzində ambulans olmadığı üçün 15 zərərçəkən öz şəxsi və qohumlarının avtomobilləri ilə Təbriz xəstəxanasına aparılıb. Zərərçəkənlərin sayının artacağı gözlənilir.

Zəlzələ Əhərdə, Təbrizdə, Ərdəbildə və Meşkinşəhrdə (Xiyov) də hiss edilib.

Qeyd edək ki, bu il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR