İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb
07 noyabr 2012 21:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində 5.1 bal gücündə bu gün baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə Şərqi Azərbaycan vilayətinin Fövqalədə Hallar Komissiyasının nümayəndəsi Xəlil Sai açıqlama verib. O bildirib ki, təbii fəlakət nəticəsində ölən olmayıb: “Zəlzələ bu gün saat 09:56-da qeydə alınıb. Lakin axşam saatlarınadək gün ərzində 40-dan çox yeraltı təkan qeydə alınıb. Zərərçəkənlərdən 3 nəfəri məktəbli olub. 22 nəfər yüngül xəsarət alıb və Vərzigan şəhərinin tibb mərkəzində ilk yardım alandan sonra evə buraxılıb. Qolunda və ayağında sınıq olanlar isə Təbriz xəstəxanasına göndərilib. Zərərçəkənlər daha çox əsəb xəstəliyindən və depressiyadan şikayət ediblər”.
Şərqi Azərbaycanda yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, təkrar baş verən zəlzələ onsuz da ağır şəraitdə çadırlarda yaşayan əhalinin vəziyyətini daha da pisləşdirib. İnsanların öz gücünə təmir etdiyi evlər yenidən uçub. Dağlıq bölgə olduğu üçün payızı və qışı çox sərt keçən Vərziganda soyuqdan qorunmaq üçün çadırlar yetərli deyil. Qidaya, içməli suya və istiliyə ehtiyacı olan zərərçəkənlər arasında qan təzyiqi və əsəb xəstəliyi artıb.
Qeyd edək ki, episentri Vərzigan şəhəri olan zəlzələ Əhərdə, Təbrizdə, Ərdəbildə və Meşkinşəhrdə (Xiyov) də hiss edilib.

Asiya
Banqladeşdə qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb, pilot həlak olub
23:10
9 may 2024
Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”
21:19
8 may 2024
Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB
17:03
8 may 2024
Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb
14:58
8 may 2024