Bank Of Baku

Ərdoğan və Əhmədinejad Suriya məsələsini müzakirə ediblər

Ərdoğan və Əhmədinejad Suriya məsələsini müzakirə ediblər
# 08 noyabr 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İndoneziyanın Bali şəhərində keçirilən V Beynəlxalq Demokratiya Forumunda iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Mahmud Əhmədinejad arasında təkbətək görüş keçirilib.

APA-nın məlumatına görə, planlaşdırılmamış görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olub. R.T.Ərdoğan və M.Əhmədinejad yemək salonuna birlikdə gediblər. Yol boyu onların söhbət etdiyi müşahidə olunub. Rəsmilər söhbəti yemək masası arxasında da davam etdiriblər.

Qeyd edək ki, R.T.Ərdoğan və M. Əhmədinejad son dəfə ötən ay Bakıda təkbətək görüş keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR