Bank Of Baku

Bir gün ərzində Suriyanı 11 min nəfər tərk edərək qonşu ölkələrə qaçıb

Bir gün ərzində Suriyanı 11 min nəfər tərk edərək qonşu ölkələrə qaçıb
# 09 noyabr 2012 19:55 (UTC +04:00)
Bakı-APA. Ötən gün ərzində təxminən 11 min nəfər Suriyanı tərk edərək qonşu ölkələrə qaçıb. Bu barədə BMT-nin Qaçqınların işi üzrə ali komissarının regional nümayəndəsi Panis Mumsis məlumat verib.

Mumsisin sözlərinə görə, 9 min suriyalı Türkiyəyə, min nəfər İordaniyaya, daha min nəfər isə Livana qaçıb.

O bildirib ki, bu Suriya vətəndaşlarının ölkədən ən irimiqyaslı qaçışıdır.

BMT-nin Qaçqınların işi üzrə ali komissarlığının məlumatına görə, bu günədək Suriyadan münaqişə səbəbindən 408 min nəfər qaçıb.

Suriyada hökumət və müxalifət qüvvələri arasında münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına əsasən, indiyədək 30 minə yaxın insan münaqişənin qurbanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR